"İnşaat mühəndislərinin peşə inkişafına yardım" ictimai birliyi.

"İnşaat mühəndislərinin peşə inkişafına yardım" ictimai birliyi Bakı şəhərində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə yaradılmışdır.

"İnşaat mühəndislərinin peşə inkişafına yardım" ictimai birliyinin

əsas məqsədləri:

Azərbaycan Respublikası Avropa  Birliyi ilə imzaladığı Razılaşmanı nəzərə alaraq ilk məqsəd layihələndirmə və tikinti mərhələlərində Evrokod standartına keçməsindən ibarətdir. Avropa Tikinti Mühədisləri Şurasından məsləhətlər almaq ümidindəyik və tikinti sahəsində təcrübəmizlə bölüşməyə və ECCE-in təcrübəsinin tətbiqinə hazırıq.

Tərəfdaşların axtarışı, birgə layihələrin həyata keçırılməsi, dövlət orqanlarında tərəfdaşların maraqlarının qorunması və Azərbaycanın tkinti sənayesinin istehsalının daxili və xarıcı bazarlarında təşviqi.

Azərbaycanda və xarıcdə tikinti sənayesində və təhsilidnə bizimlə əməkdaşlığa hazır hər kəs üçün açığıq.

Maraqlananalar üçün tikinti biznesinin təqdimatı üçün ACE-nin platformasını və Azərbaycan bazarında xidmətlərin təşviqində informasiya dəstəyini verməyə hazırıq.

"İnşaat mühəndislərinin peşə inkişafına yardım" ictimai birliyinin

məqsəd və vəzifələri.

Birliyin əsas məqsədi inşaat mühəndislərinin peşə biliklərinin artırılmasına kömək etməkdən ibarətdir:

- investisiya-tikinti fəaliyyətinin qanunvericilik və normativ hüquqi bazasının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;

- müəyyən edilmiş qaydalara uyğun, ərazilər üzrə proqramların hazırlanmasında və həyata keçirilməsində, iri investisiya layihələrində, bu layihələrin ictimaiyyətlə müzakirəsinin təşkilində, texniki komitələrin işində, Dövlət orqanları və rəhbərliyi tərəfindən yaradılmış məsləhət şurasının, komissiyaların, işçi qrupların işində iştirak etmək;

- investisiya-tikinti sahəsində çalışan işçilərin sistemli hazırlıqlarının təkmilləşdirilməsi, ixtisas artırmalarının təşkili. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada tikinti sənayesi və digər mütəxəssislərin peşəkar fəaliyyətinin attestasiyasının keçirilməsi;

- intellektual mülkiyyət olan kəşflərin, ixtiraların, elmi-texniki işləmələrin müdafiəsinə və tətbiqinə dəstək və yardım edilməsi;

- müstəqil ictimai ekspertizaların keçirilməsində və təşkilində iştirak etmək;

- tikinti sənayesinə aid münaqişələrin və mübahisələrin həllində əlverişli hüquqi bazanın yaradılmasında iştirak etmək; birlik üzvlərinin hüquqlarının qorunması;

- nəşriyyat, informasiya, reklam və sərgi fəaliyyətinin həyata keçirilməsi;

- ölkədə və xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;

- inşaat mühəndislərinin biliklərinin, peşə bacarıqlarının və inşaat mühəndisi peşəsinin nüfuzunun artırılmasına yardım edir;

- müvafiq sahələrdə beynəlxalq təcrübəni öyrənmək, araşdırmaların aparılmasına dəstək vermək;

- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək;

- ölkədə və xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurur və onlarla birlikdə layihələr həyata keçirir;

- Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

"Inşaat muhəndislərinin pesə inkisafına yardım" ictimai birliyi 2 iyun 2017-ci il tarixdə Avropa Tikinti Mühəndisləri Şurasına (ECCE) üzv seçilmişdir.

Sertifikat

 

Bütün hüquqlar qorunur © 2017